Hər şagirdin yanında ağıllı müəllim
Dərsliyə sadiq, səbirli və gecə-gündüz yanında olan süni intellekt — hər məktəb və hər şagird üçün.
Şahin
Təsisçi və layihə rəhbəri
Təhsil və karyera hazırlığı sahəsində çalışır. ShahGPT ideyası şagird və gənclərlə gündəlik işdən doğdu: hər kəsin keyfiyyətli izaha və düzgün istiqamətə çıxışı olmalıdır.
Süni intellekt müəllimi əvəz etmir — onun səsini hər şagirdin evinə çatdırır.
Niyə ShahGPT?
ShahGPT bir sadə sualdan yarandı: şagird gecə saat 11-də dərsliyindəki mövzunu başa düşmürsə, kimdən soruşsun? Ümumi süni intellekt alətləri cavab verir, amma çox vaxt dərslikdən kənara çıxır və mənbə göstərmir.
Biz başqa yol seçdik: hər məktəb və nəşriyyat öz dərsliklərini yükləyir, onların GPT-si isə yalnız bu materiallara əsasən, səhifəsini göstərərək cavab verir. Üstəlik test hazırlayır, ixtisas seçməyə kömək edir və çətin günlərdə motivasiya verir.
Nəyə söykənirik
Yalnız etibarlı mənbə
Cavablar məktəbin və nəşriyyatın öz dərsliklərinə əsaslanır, səhifəsi göstərilir. Uydurma yoxdur.
Hər kəs üçün əlçatan
İstənilən dildə, telefonda, səslə və şəkillə. Bakıda da, regionda da eyni keyfiyyət.
Məlumat təhlükəsizliyi
Fayllar və söhbətlər qorunur, motivasiya söhbətləri tam məxfidir.
Məktəbinizin və ya nəşriyyatınızın öz GPT-si olsun
Dərslikləri yükləyin — şagirdləriniz yalnız sizin materiallarınızdan cavab alsın.